Bayden ilk dəfə Ukrayna ordusunun Kursk vilayətindəki hərbi əməliyyatlarını şərh edib
ABŞ Prezidenti Cozef Bayden Ukrayna qoşunlarının Rusiyanın Kursk vilayətindəki irəliləyişinin rusiyalı həmkarı Vladimir Putini əsl dilemma qarşısında qoyduğunu bildirib.
“Report” -yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı ölkənin cənubundakı Nyu-Orlean şəhərində jurnalistlərə açıqlama verərkən söyləyib.
“Bu, Putin üçün əsl dilemma yaradır, biz isə ukraynalılarla birbaşa, daimi təmasdayıq. Bunun aktiv olduğu müddətdə deyə biləcəyim bu qədərdir”, – deyə agentlik Bayden sitat gətirib.
Qeyd edək ki, bu Birləşmiş Ştatların Prezidenti Cozef Baydenin Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində həyata keçirdiyi hərbi əməliyyatlarına dair ilk şərhidir.
Xatırladaq ki, avqustun 13-də Litvanın müdafiə naziri Laurinas Kaşşünas Rusiya qoşunlarının ölkənin Avropadakı anklavı olan Kalininqrad vilayətindən qızğın döyüşlərin getdiyi Kursk vilayətinə göndərildiyini bildirmişdi.
Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinin 74 yaşayış məntəqəsini ələ keçirdiyini açıqlamışdı.
Oxşar xəbərlər
Litvanın müdafiə naziri: Rusiya hərbçiləri Kalininqraddan Kurska göndərilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
ISW: Kursk əməliyyatı Ukrayna ordusuna təşəbbüsü ələ almağa imkan verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qubernator: Kursk vilayətinin 28 yaşayış məntəqəsi Ukrayna ordusunun nəzarətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gerasimov: Kursk vilayətinə hücumlar zamanı Ukrayna 300 nəfərdən çox itki verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya Səhiyyə Nazirliyi Kursk vilayətindəki mülki itkiləri açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












