Belarus Baltikyanı ölkələri dənizə çıxışını məhdudlaşdırmaqda ittiham edib
sizinxeber.az xəbər saytı

Belarus Baltikyanı ölkələri dənizə çıxışını məhdudlaşdırmaqda ittiham edib


Rəsmi Minsk Baltikyanı ölkələri Belarusun dənizə çıxışını məhdudlaşdırmaqda ittiham edib.

“Report” BELTA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlazın bəyanatında deyilir.

Bəyanatda bildirilib ki, BMT-nin Baş katibi Antonio Quterreş Belarusu dekabrda Botsvanada keçiriləcək dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin 3-cü BMT konfransında iştiraka dəvət edib.

“Belarus bir sıra ölkələr tərəfindən onun BMT Konvensiyasında nəzərdə tutulmuş dənizə çıxış və tranzit hüququnu məhdudlaşdıran qanunsuz hərəkətlərinin nəticələrini tam şəkildə hiss edir. Biz məlum dövlətlərin mövcud hüquqi sənədlər çərçivəsində öz beynəlxalq öhdəliklərini yerinə yetirməyə məcbur edilməsi məsələsini gündəmə gətirmək niyyətindəyik”, - mətbuat katibi bildirib.

A.Qlaz vurğulayıb ki, Baltikyanı ölkələr Belarusun dənizə çıxışını qəsdən məhdudlaşdırır və öz coğrafi mövqeyindən açıq-aşkar sui-istifadə edir.

Oxşar xəbərlər

Səbaildə dənizə yaxın açıq ərazidə yanğın başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hovuza və dənizə bu cür tullanmaq ölümə səbəb ola bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ və Danimarka müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan Qara dənizin çirklənməsinə görə sanksiyaları sərtləşdirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Niderland Qırmızı dənizə freqat göndərəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər