Banqladeş Mərkəzi Bankı ölkədən nağd pul çıxarılmasına məhdudiyyət qoyub
sizinxeber.az xəbər saytı

Banqladeş Mərkəzi Bankı ölkədən nağd pul çıxarılmasına məhdudiyyət qoyub


Banqladeş Mərkəzi Bankı (MB) ölkənin maliyyə qurumlarından nağd pul çıxarılmasını gündəlik 100 min Banqladeş takası (təxminən 850 ABŞ dolları) səviyyəsində məhdudlaşdırmağı xahiş edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin MB-sinin dərc olunmuş direktivində deyilir.

Qeyd olunur ki, ölkədən nağd pul çıxarılmasına limit qoyulmasına baxmayaraq, hesab sahibləri istənilən məbləğdə vəsaiti başqa hesaba köçürə və ya 100 min takadan yuxarı həcmdə rəqəmsal əməliyyatlar apara bilərlər.

MB, həmçinin çeklə ödəniş etməyi tövsiyə edib. Məhdudiyyətin nə qədər müddətə qüvvədə olacağı bildirilmir.

Oxşar xəbərlər

Banqladeş XİN başçısı qadağaya görə Dəkkədən uça bilməyib
Banqladeş və Hindistan arasında ticarət dayandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər