“Air India” Dəkkəyə uçuşları dayandırıb
Hindistanın ən iri aviaşirkəti olan “Air India” Banqladeşdəki qeyri-sabit vəziyyətə görə Dəkkəyə və oradan əks istiqamətdə olan uçuşları dayandırıb.
“Sizinxeber.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə müvafiq məlumat daşıyıcının rəsmi saytında yerləşdirilib.
“Banqladeşdəki mövcud vəziyyətlə əlaqədar olaraq, biz Dəkkəyə və Dəkkədən olan planlaşdırılmış reysləri ləğv etdik”, - məlumatda deyilir.
Aviaşirkət sərnişinlərinə uçuşun vaxtını dəyişdirmək və ya biletləri pulsuz olaraq ləğv etmək imkanı verib. “Müştərilərimizin və ekipajımızın təhlükəsizliyi bizim əsas prioritetimiz olaraq qalır”, - “Air India”dan bildirilib.
Daha əvvəl Banqladeşin paytaxtındakı Həzrət Şahcəlal Beynəlxalq Hava Limanı növbəti xəbərdarlığa qədər bağlanmışdı.
Banqladeşdə iyul ayında başlayan və bir neçə həftə davam edən kütləvi etirazlar avqustun əvvəlində hökumətin istefası tələbi ilə iğtişaşlara çevrilib. Baş nazir Şeyx Hasina istefa vermək qərarına gəlib və ölkəni tərk edib.
Oxşar xəbərlər
Bu aviaşirkət avqustun 4-dək İsrail və İordaniyaya uçuşları dayandırdı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Banqladeşin istefa verən Baş naziri Böyük Britaniyadan sığınacaq istəyib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Banqladeşin Baş naziri istefa verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Turkish Airlines” Beyruta uçuşları dayandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Lufthansa” İran və İraq üzərindən uçuşları dayandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












