ABŞ və Avropa Ukrayna üçün hərbi variant hazırlayıb
ABŞ və bir sıra Avropa ölkələrinin hərbi rəhbərləri Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlara dəstək məqsədi daşıyan hərbi əməliyyat variantları hazırlayıblar.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Reuters” agentliyinə ABŞ nümayəndəsi bildirib.
Bildirilir ki, Finlandiya, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Ukrayna, ABŞ Baş Qərargah rəisləri, eləcə də NATO-nun Avropadakı Birləşmiş Silahıə Qüvvələrinin ali baş komandanı, amerikalı general Aleksus Qrinkeviç avqustun 19-20-də Vaşinqtonda keçirilən görüşdə danışıqların dəstəklənməsi və Avropada davamlı sülhün təmin edilməsi üçün hərbi sahədə fəaliyyət variantları hazırlayıblar.
Mənbənin sözlərinə görə, bu təkliflər baxılması üçün müvafiq ölkələrin milli təhlükəsizlik müşavirlərinə göndəriləcək. Bu variantlar davam edən diplomatik səylərin bir hissəsi kimi qiymətləndirmə üçün nəzərdə tutulub.
Oxşar xəbərlər
KİV: NATO müdafiə nazirləri avqustun 20-də Ukrayna ilə bağlı telekonfrans keçirəcək
NATO Baş Qərargah rəislərinin Ukrayna ilə bağlı görüşünü təsdiqləyib - YENİLƏNİB
NATO-nun Baş Qərargah rəisləri Praqada görüşəcək
Zelenski: Trampla görüşdən əvvəl NATO və Avropa liderləri ilə mövqelərimizi razılaşdırdıq - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arka sokaklar"ın bütün aktyorları "öldü"
-
ABŞ və Kuba hərbi komandanlığı əməliyyat təhlükəsizliyini müzakirə ediblər
-
Rusiya Ermənistandan bir sıra tərəvəz və giləmeyvələrin idxalını məhdudlaşdırıb
-
Putin Ermənistanın Aİİ-dən çıxmasının nəticələrindən danışıb
-
Kiyevdə ardıcıl partlayışlar oldu
-
ABŞ İranla əlaqəli olan 1 milyard dollarlıq kriptovalyuta aktivlərini ələ keçirib
