KİV: NATO müdafiə nazirləri avqustun 20-də Ukrayna ilə bağlı telekonfrans keçirəcək
NATO-nun müdafiə nazirləri və alyansın baş qərargah rəisləri çərşənbə günü, avqustun 20-də Ukrayna ilə bağlı telekonfrans keçirmək niyyətindədirlər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Agentlik iddia edir ki, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviç görüş iştirakçılarına Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada aparılan danışıqların nəticələri barədə məlumat verəcək.
Məsləhətləşmələrdə ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin də iştirakı gözlənilir.
NATO qərargahı və Pentaqon hələlik bu məlumatı təsdiqləməyib.
Qeyd edək ki, Aİ ölkələrinin liderləri Vaşinqtonda keçirilən danışıqlardan sonra fövqəladə onlayn sammiti başa vurmaq üzrədirlər. Görüşün əsas mövzu hərbi əməliyyatların başa çatacağı təqdirdə NATO qoşunlarının Ukraynaya göndərilməsinin müzakirəsidir. Brüssel belə bir addımı Ukraynaya hərbi təminat kimi qiymətləndirir.
Oxşar xəbərlər
NATO-nun Baş Qərargah rəisləri Praqada görüşəcək
Tramp NATO-nun birləşmiş qüvvələrinə yeni baş komandan təyin edib
NATO 2025-ci ildə 107 təlim keçirməyi planlaşdırır
NATO Baş Qərargah rəislərinin görüşü gələn il yanvarın 15-16-da keçiriləcək
NATO Baş katibi alyans ölkələrini Ukrayna üçün daha çox ABŞ silahı almağa çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













