Nyu-Yorkda restoranda atışma nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb
sizinxeber.az xəbər saytı

Nyu-Yorkda restoranda atışma nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb


Nyu-Yorkun Bruklin rayonunda atışma baş verib, nəticədə 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

"Sizinxeber.az"un xəbərinə görə, bu barədə "New York Post" polisə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bazar günü səhər tezdən Kroun-Hayts ərazisindəki Franklin prospektində yerləşən "Taste of City Lounge" restoranının içərisindən atəş səsləri eşidilib.

Nyu-York polis rəisi Cessika Tiş bildirib ki, insident yerli vaxtla saat 3:30 radələrində baş verib.

Jurnalistlərin məlumatına görə, 27 və 35 yaşlı üç kişi hadisədən sağ çıxa bilməyib. Bütün yaralılar xəstəxanalara çatdırılsa da, onların vəziyyəti hələ ki, açıqlanmır.

Hüquq-mühafizə orqanları hücumun baş vermə şəraitini araşdırır və atəş açanların şəxsiyyətini müəyyənləşdirir.

Oxşar xəbərlər

Nyu-Yorkda atışma nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb
ABŞ-də ziyafətdə atışma nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb
Berlinin mərkəzində atışma olub
ABŞ-də baş verən atışmada altı nəfər öldürülüb - YENİLƏNİB-2
Baltimorda küçəyə toplaşan insanlara atəş açılıb, 6 nəfər yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle