Almaniya Çindən kritik hərbi xammal almaqda gecikmələrlə üzləşib
sizinxeber.az xəbər saytı

Almaniya Çindən kritik hərbi xammal almaqda gecikmələrlə üzləşib


Almaniya hökuməti silah istehsalı üçün lazım olan Çin resurslarının tədarükünün gecikdirilməsi ilə bağlı narahatlığını bildirib.

“Sizinxeber.az” “Bild”ə istinadən xəbər verir ki, bir çox şirkətlər Çinin qlobal istehsalın 90%-ni təşkil etdiyi nadir torpaq metallarının çatışmazlığı səbəbindən hasilatı dayandıra bilər.

Beynəlxalq ticarət eksperti Amir-Said Hassabeh, 2024-cü ilin aprelindən bəri şirkətlərin bu sahə üzrə saysız-hesabsız sorğularını təsdiqləyib: “Təchizat vəziyyəti əhəmiyyətli dərəcədə pisləşəcək. Kiçik və orta biznesin yalnız bir neçə həftəlik tədarükü var”.

O, təxmin edib ki, əlavə gecikmələr şirkətləri xətlərini bağlamağa məcbur edəcək.

Almaniya İqtisadiyyat Nazirliyinin sözçüsü deyib: “Biz Çinin ixrac nəzarəti ilə bağlı riskləri ciddi qəbul edirik”.

Aprel ayında Çin ABŞ-la ticarət mübahisələri fonunda bir neçə nadir torpaq elementinin ixracını məhdudlaşdırıb.

Oxşar xəbərlər

Rusiya və ABŞ nadir torpaq metalları üzrə danışıqlara başlayıb
Braziliya və Rusiya nadir torpaq minerallarının hasilatı üzrə əməkdaşlığı gücləndirəcək
Britaniya Yaponiyaya nadir torpaq metalları tədarük edəcək
Almaniya ilin birinci yarısında 5,6 milyard avro dəyərində silah ixracını təsdiqləyib
Kreml: ABŞ nadir torpaq metalları üzrə Rusiya ilə birgə layihələrdə maraqlıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər