Kreml: ABŞ nadir torpaq metalları üzrə Rusiya ilə birgə layihələrdə maraqlıdır
ABŞ şirkətləri nadir torpaq metallarının hasilatı üzrə Rusiya ilə birgə layihələrdə iştirak etməkdə maraqlıdırlar, lakin hələlik heç bir konkretlik yoxdur.
“Sizinxeber.az” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Onların bəziləri maraq göstərir. Hələlik burada da konkret bir şey yoxdur, lakin maraq açıq şəkildə özünü göstərir. Bu maraq qarşılıqlıdır, çünki söhbət qarşılıqlı faydalı layihələrdən gedə bilər. Bu isə xarici tərəf müqabilləri ilə münasibətlərdə axtardığımız məqamdır”, - Peskov deyib.
Kreml nümayəndəsi Moskva ilə Vaşinqton arasında birgə layihələrə dair heç bir sənədin imzalanmadığını da vurğulayıb. “Xeyr, heç bir sənəd imzalanmayıb. Bilirsiniz ki, sanksiyalar hələ də qüvvədədir, Amerika şirkətləri üçün məhdudiyyətlər qüvvədədir”, - Peskov bildirib.
Oxşar xəbərlər
Kreml: Moskva və Vaşinqton arasında nadir torpaq metallarına dair heç bir sənəd imzalanmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: Rusiya və ABŞ Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə çalışır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya və ABŞ nadir torpaq metalları üzrə danışıqlara başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov Zelenskinin sülh danışıqlarına hazır olması xəbərini müsbət qiymətləndirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml: Ər-Riyaddakı danışıqların məzmunu açıqlanmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













