WSJ: Tramp administrasiyası miqrantları Anqola həbsxanasına göndərməyə hazırlaşır
Donald Tramp administrasiyası saxlanılan miqrantları Luiziana ştatındakı Anqola həbsxanasına göndərməyə hazırlaşır.
"Sizinxeber.az"un xəbərinə görə, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, məhbuslar təxminən 450 çarpayı ilə təmin ediləcək. Sözügedən planın cari ilin sentyabrının əvvəlində həyata keçirilməsi gözlənilir.
Qeyd edək ki, Anqola ABŞ-nin ən böyük həbsxanalarından biridir. WSJ-nin məlumatına görə, miqrantların Luiziana ştatında yerləşdirilməsi ABŞ-yə qeyri-qanuni immiqrantlar üçün yeni mərkəzin tikintisindən pul qənaət etməyə imkan verəcək. Nəşr qeyd edir ki, layihə reallaşarsa, miqrantlar cəzalarını məhbusların 70%-dən çoxunun zorakı cinayətlərə görə məhkum edildiyi müəssisədə çəkməyə məcbur olacaqlar.
Oxşar xəbərlər
Tramp administrasiyası miqrantları Luiziana həbsxanasında yerləşdirməyi planlaşdırır
Tramp Ədliyyə Nazirliyinə miqrantları deportasiya etmək səlahiyyəti verib
KİV: Ağ ev İsrailə on milyonlarla dollarlıq silah-sursat göndərməyə hazırlaşır
Tramp inauqurasiyadan bir gün sonra miqrantları deportasiya etməyə başlayacaq
WP: Tramp Meksika sərhədinə 10 min hərbçi göndərməyə hazırlaşır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













