Tramp Ədliyyə Nazirliyinə miqrantları deportasiya etmək səlahiyyəti verib
sizinxeber.az xəbər saytı

Tramp Ədliyyə Nazirliyinə miqrantları deportasiya etmək səlahiyyəti verib


ABŞ Prezidenti Donald Trampın administrasiyası Narkotiklərlə Mübarizə İdarəsinə (DEA), spirtli içkilər, tütün, odlu silah və partlayıcı maddələrə nəzarət bürosuna (ATF) və Marşal Xidmətinə qeyri-qanuni miqrantları deportasiya etmək səlahiyyəti verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Qəzetin məlumatına görə, daxili təhlükəsizlik naziri səlahiyyətlərinin icraçısı Benjamin Hafman öz qeydlərində Federal Təhqiqat Bürosunun agentlərinin də miqrantları saxlamaq səlahiyyətinə malik olduğunu qeyd edib.

“The Wall Street Journal” qeyd edib ki, adətən DEA və ATF əməkdaşları silah və ya narkotik maddələrlə bağlı cinayətlər istisna olmaqla, deportasiya məsələləri ilə məşğul olmurdular. Marşal Xidməti isə federal axtarışda olan şəxslər miqrasiya qanunvericiliyinin pozulmasında iştirak etdikdə cəlb olunurdu.

Oxşar xəbərlər

Tramp hakimiyyətinin ilk günündən qanunsuz miqrantlara qarşı reydlər başlanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
“The Wall Street Journal”: Trampın Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq fürsəti var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Meksika Prezidenti: ABŞ-dən deportasiya olunan miqrantları qəbul etməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp inauqurasiyadan bir gün sonra miqrantları deportasiya etməyə başlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Meksika Prezidenti: ABŞ-dən deportasiya olunan miqrantları qəbul etməyəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər