ABŞ Çinlə "tarif atəşkəsi"ni 90 gün uzada bilər
sizinxeber.az xəbər saytı

ABŞ Çinlə "tarif atəşkəsi"ni 90 gün uzada bilər


ABŞ Prezidenti administrasiyasının Çinlə razılığa gələcəyi və gömrük rüsumları sahəsində razılaşmaları 90 gün uzadacağı ehtimal olunur.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Hovard Latnik “Fox Business” telekanalına açıqlamasında bildirib.

"Görünür, ABŞ Prezidenti Donald Tramp və onun danışıqlarda iştirak edən komandası razılığa gələcək və müddəti daha 90 gün uzadacaq", - o qeyd edib.

Nazir bu məsələ ilə bağlı yekun qərarı Trampın verməli olduğunu deyib.

Qeyd edək ki, tərəflər may ayının ortalarında Cenevrədə danışıqlardan sonra rüsumların qarşılıqlı olaraq 90 gün müddətinə 115 faiz azaldıldığını elan ediblər. Bu sazişin müddəti avqustun 12-də başa çatır.

Oxşar xəbərlər

Hovard Lutnik: ABŞ prezidenti tariflər məsələsində Meksika və Kanada ilə razılığa gələ biləcək
ABŞ və Çin rüsumların 90 gün müddətinə azaldılması barədə razılığa gəlib
Tramp Si Cinpinlə telefon danışığı aparacaq
ABŞ prezidenti və Kanadanın baş naziri yaxın günlərdə tarif danışıqları aparacaq
ABŞ bu gün Kanada və Meksika mallarına rüsumların azaldılmasını elan edə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər