ABŞ-nin hansı halda gömrük rüsumlarına yenidən baxa biləcəyi açıqlanıb
sizinxeber.az xəbər saytı

ABŞ-nin hansı halda gömrük rüsumlarına yenidən baxa biləcəyi açıqlanıb


Bazarlar Ağ Evin rəhbəri Donald Trampın ticarət siyasətinə mənfi reaksiya verərsə, ABŞ yeni sövdələşmələr olmadan ticarət tariflərinin ölçüsünü dəyişməyəcək.

“Sizinxeber.az”un xəbərinə görə, bunu “NBC News” telekanalına müsahibəsində Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset deyib.

O, bazarların tariflərə mənfi reaksiya verəcəyi təqdirdə Vaşinqtonun gömrük rüsumlarına yenidən baxmasının mümkünlüyü ilə bağlı sualına belə cavab olaraq: “Mən bunu istisna edərdim, çünki ticarət sövdələşmələri yekundur”.

Hassett, bazar oyunçularının hazırkı administrasiyanın əldə etdiyi ticarət razılaşmalarına müsbət cavab verdiyini söyləyib. Ağ Ev rəsmisi bildirib ki, ABŞ-nin Avropaya tətbiq etdiyi gömrük tariflərinə görə, dövlət büdcəsinə əlavə təxminən 100 milyard dollar vəsait daxil olacaq.

Oxşar xəbərlər

Ağ Ev: ABŞ gömrük rüsumları ilə bağlı 10-dan çox təklif alıb
Aİ ticarət nazirləri ABŞ-nin rüsumlarına qarşı cavab tədbirlərini aprelin 7-də təsdiqləyəcək
Ağ Ev: ABŞ Aİ ilə ticarət danışıqlarında irəliləyiş əldə edib
Əllidən çox ölkə ABŞ-yə tarif danışıqları üçün müraciət edib
Aİ-nin ABŞ rüsumlarına cavab tədbirləri mayda qüvvəyə minəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər