Aİ ticarət nazirləri ABŞ-nin rüsumlarına qarşı cavab tədbirlərini aprelin 7-də təsdiqləyəcək
Avropa İttifaqının (Aİ) ticarət nazirləri ABŞ-nin elan etdiyi gömrük rüsumlarına cavab tədbirlərini təsdiqləmək üçün aprelin 7-də bir araya gələcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Aİ komissarı Maroş Şevçoviç məlumat verib.
“Bu cavab tədbirləri ilə bağlı məsləhətləşmələr artıq başa çatıb və aprelin 7-də Aİ ticarət nazirləri ilə növbəti addımı müzakirə edəcəyəm, səsvermənin isə iki gün sonra keçiriləcəyi gözlənilir”, – o deyib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ-nin digər ölkələrdən gələn bütün mallara rüsumları artıracağını açıqlamışdı. Baza rüsum dərəcəsi 10 % olacaq. Çin üçün tariflər 34 %, Tayvan üçün 23 %, Aİ ölkələri üçün 20 %, Böyük Britaniya üçün 10% olacaq. Tramp bu cür tədbirləri ABŞ-nin ticarət balansını tarazlaşdırmaq zərurəti ilə izah edib.
Oxşar xəbərlər
Avropa Komissiyası ABŞ-nin ticarət rüsumları ilə bağlı yekun qərarını gözləyir
Ursula fon der Lyayen: Aİ ABŞ-nin yeni rüsumlarına qarşı cavab tədbirləri görməyə hazırdır
Tramp aprelin 2-dək Meksikanın bəzi mallarına rüsumları dayandırıb
Meksika ABŞ-nin cavab tariflərinə dərhal cavab verməyəcək
Donald Tramp: "Yeni idxal rüsumları bütün ölkələrə təsir edəcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
