Pakistan BMT Təhlükəsizlik Şurasında sədrliyi başa vurub
Pakistan BMT Təhlükəsizlik Şurasında (TŞ) iyul ayında rotasiya əsasında əldə etdiyi sədrliyi başa vurub.
"Report"un məlumatına görə, bu barədə Pakistan mediası BMT-dəki daimi nümayəndəliyinə istinadən xəbər verir.
Yekun iclasda çıxış edən Pakistanın BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhməd Təhlükəsizlik Şurasının üzvlərinə konstruktiv əməkdaşlıq üçün təşəkkür edib. O, ölkənin "öz roluna məsuliyyət hissi və BMT Nizamnaməsinə sadiqlik ilə yanaşdığını" vurğulayıb.
Qeyd olunur ki, BMT TŞ-də sədrliyi dövründə Pakistan Qəzza və Suriya ilə bağlı əsas müzakirələrə təşəbbüs göstərib, atəşkəs və humanitar girişə çağırıb. Ölkə Suriyada siyasi həlli, xüsusilə druzlar və bədəvilər arasındakı münaqişə fonunda dəstəkləyib.
Təhlükəsizlik Şurası Qırmızı dəniz, Yəmən, Haiti, Mərkəzi Afrika Respublikası və Beynəlxalq Məhkəmə ilə bağlı böhranlara dair beş qətnamə qəbul edib. Həmçinin sülhməramlı islahatlar və İƏT ilə əməkdaşlıq müzakirə olunub.
Fələstin konfransında Pakistanın xarici işlər naziri İshak Dar Fələstinin tanınmasına və ona BMT-də tam üzvlük verilməsinə çağırıb.
Qeyd edək ki, Pakistan 2025-2026-cı illər üçün TŞ-nin daimi olmayan üzvüdür və iyul ayındakı sədrlik bu müddətin bir hissəsi idi. Bu, 2013-cü ildən bəri ölkənin Təhlükəsizlik Şurasının işinə rəhbərlik etdiyi ilk dəfə idi.
Avqust ayından BMT Təhlükəsizlik Şurasında sədrlik Panamaya keçir.
BMT Təhlükəsizlik Şurasında sədrlik hər ay 15 üzv dövlət arasında rotasiya əsasında dəyişir.
Oxşar xəbərlər
Pakistan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb
Pakistanın sədrliyi ilə BMT TŞ-də İƏT-in iclası keçiriləcək
Pakistanın BMT-dəki nümayəndəsi: Hindistanla ciddi gərginlik riski var
BMT TŞ Pakistan və Hindistanı hərbi münaqişələrdən çəkinməyə çağırıb
Pakistanın BMT-dəki səfiri: Ölkəmiz suverenliyini müdafiə etməyə hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəmkirdə “Ford” yük avtomobilinə çırpılıb, bir nəfər ölüb
-
Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 139 nəfərə çatıb
-
Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
-
Əraqçi: Danışıqlar iki mərhələdə nəzərdə tutulub
-
Əraqçi: İran yüksək zənginləşdirilmiş uranı "zəiflətməyə" hazırdır
-
DÇ-2026: ABŞ - Paraqvay oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-6
