Ukraynanın müdafiə naziri: Çexiya yeni hərbi yardım paketləri hazırlayır
Ukraynanın müdafiə naziri Denis Şmıqal Çexiya Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Tomaş Poyar ilə görüşüb, görüş zamanı tərəflər Kiyevə döyüş sursatlarının tədarükü və müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə ediblər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Şmıqal özünün teleqram kanalında yazıb.
“Çexiya tərəfi hava hücumundan müdafiəni, radioelektron mübarizəni və uzaq mənzilli imkanları əhəmiyyətli dərəcədə gücləndirəcək yeni hərbi yardım paketlərinin hazırlanması barədə məlumat verib”, - o bildirib.
Ukraynalı nazir qeyd edib ki, görüş zamanı tərəflər Ukrayna ordusunun ən zəruri ehtiyaclarının ödənilməsinə xüsusi diqqət yetirib. “Çexiya təşəbbüsü əsas kalibrli mərmilərin tədarükü üçün son dərəcə vacib alətə çevrilib”, - Şmıqal söyləyib.
O qeyd edib ki, həm bu il, həm də 2026-cı il üçün tədarüklər, konkret qrafiklər və planlar ətraflı müzakirə edilib.
Nazir daha bir perspektivli sahəni - müdafiə sənayesi sahəsində əməkdaşlığı da vurğulayıb: “Biz artıq birgə müəssisələr yaradırıq və bir sıra mühüm layihələri, o cümlədən Ukraynada mərmi və “Bren 2” tüfənglərinin istehsalını həyata keçiririk. Çexiya nümayəndə heyəti ilə Ukraynanın Müdafiə Qüvvələrinə dəstək məqsədilə aparıcı Ukrayna şirkətlərinin iştirakı ilə Çexiyada yeni layihələrin həyata keçirilməsi imkanlarını təhlil etdik”.
Oxşar xəbərlər
Şmıqal: Bazar ertəsi "Ramşteyn" formatında onlayn görüş keçiriləcək
Ukrayna Latviyadan zirehli transportyorlar alıb
Şmıqal Ukraynanın müdafiə naziri təyin edilib
Şmıqal: Ukraynada silah alışı ilə bağlı kəsiri ödəmək üçün 6 milyard dollar lazımdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
