ABŞ-nin rüsumları Almaniyaya ildə təxminən 30 milyard avroya başa gələ bilər
sizinxeber.az xəbər saytı

ABŞ-nin rüsumları Almaniyaya ildə təxminən 30 milyard avroya başa gələ bilər


ABŞ-nin Avropa İttifaqına məxsus əksər mallara 15 % idxal rüsumu tətbiq etməsindən sonra Almaniyanın itkiləri orta müddətli perspektivdə ildə 31 milyard avroya qədər ola bilər.

"Report" xəbər verir ki, bu hesablamaları “Deloitte” konsaltinq şirkəti aparıb.

"Orta müddətli perspektivdə Almaniyadan ABŞ-yə ixrac 20 % azalacaq. Bu isə ildə 31 milyard avro itkiyə səbəb olacaq", - şirkətdən bildirilib.

Rüsumlardan ən çox Almaniyanın maşınqayırma sektoru zərər çəkəcək, ixracın 23 % azalması nəticəsində 7,2 milyard avro itirəcək. Almaniyanın əczaçılıq şirkətlərinin ABŞ-yə ixracı 20 % azalacaq və itkilər 5,1 milyard avroya çatacaq. Rüsumlar həmçinin kimya, avtomobil və elektrotexnika sənayesinə də təsir edəcək.

Lakin itkilər qismən digər bazarlara, xüsusilə digər Avropa İttifaqı ölkələrinə, İndoneziyaya və ya Cənubi Koreyaya yönəlməklə kompensasiya edilə bilər.

Oxşar xəbərlər

ABŞ-nin Aİ-yə qarşı rüsumları Almaniyaya 2028-ci ilin sonunadək 200 milyard avroya başa gələ bilər
KİV: ABŞ rüsumları Almaniyaya 2028-ci ilədək təxminən 290 milyard avroya başa gələ bilər
Şefçoviç: ABŞ 2025-ci ildə Aİ mallarından 100 milyard gömrük rüsumu əldə edəcək
Almaniya 2024-cü ildə 13,3 milyard avroluq silah ixrac edib
KİV: Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər