Almaniya 2024-cü ildə 13,3 milyard avroluq silah ixrac edib
Almaniya hökuməti 2024-cü ildə rekord məbləğdə - 13,33 milyard avro dəyərində silah tədarük edib.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Bu məbləğin yarıdan çoxu - 8,15 milyard avro Ukraynaya göndərilib. 2023-cü ildə Almaniyanın hərbi ixracı 12,13 milyard avro təşkil edib ki, bu da əvvəlki ilin göstəricisindən təxminən 10 % çoxdur.
Döyüş silahlarının payı 61 % təşkil edib. Ukraynadan sonra ikinci ən böyük alıcı ölkə 1,21 milyard avro ilə Sinqapur olub. Daha sonra Əlcəzair (558,7 milyon avro), ABŞ (319,9 milyon avro) və Türkiyə (230,8 milyon avro) gəlir.
Son illərdə Almaniya Türkiyəyə silah ixracını kəskin şəkildə azaldıb. Hazırda bu göstərici təxminən 231 milyon avroya çataraq 2006-cı ildən bəri ən yüksək səviyyəyə qayıdıb. İsrail də 2024-cü ildə əsas alıcı ölkələrin onluğuna daxil olub. Lakin ixracın həcmi əvvəlki illə müqayisədə iki dəfə azalaraq 161,1 milyon avro təşkil edib.
Oxşar xəbərlər
Almaniya bu il Ukraynaya təxminən 7,1 milyard avro məbləğində silah tədarük edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya 2024-cü ildə Ukraynaya təxminən 8,1 milyard avro məbləğində silah tədarükünü təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polşa 2023-cü ildə Ukraynaya 1,4 milyard avro dəyərində silah satıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya ilin birinci yarısında 5,6 milyard avro dəyərində silah ixracını təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ sammiti Ukraynaya 2025-ci ildə 30,6 milyard avro ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












