Rusiyanın hüquq-mühafizə orqanları İnquşetiya Elm və Təhsil Nazirliyinin binasında axtarış aparıb
sizinxeber.az xəbər saytı

Rusiyanın hüquq-mühafizə orqanları İnquşetiya Elm və Təhsil Nazirliyinin binasında axtarış aparıb


Rusiyanın güc strukturlarının əməkdaşları İnquşetiya Təhsil və Elm Nazirliyinin binasında axtarış aparıblar.

Bu barədə “Sizinxeber.az” Rusiya KİV-inə istinadən xəbər verir.

Axtarışların aparıldığı müddətdə binaya giriş bağlanıb. Tədbirlər İnquşetiyada vahid dövlət imtahanına hazırlıq zamanı 15,7 milyon rublun (təxminən 192 min dollar) mənimsənilməsi işi ilə bağlı ola bilər.

Daha əvvəl respublika prokurorluğundan bildirilmişdi ki, İnquşetiyanın Maqas rayon məhkəməsi Regional İnformasiya Emalı Mərkəzinin keçmiş direktoru və respublikanın Təhsil və Elm Nazirliyinin Mühasibat uçotu, nəzarət və hesabatlılıq şöbəsinin rəisi barəsində cinayət işinə baxacaq.

İstintaqın versiyasına görə, təqsirləndirilən şəxslər 2018-ci ildə büdcə vəsaitlərini mənimsəmək məqsədilə 2016-2018-ci illərdə vahid dövlət imtahanının hazırlanması və keçirilməsinə görə 140 müəllimə ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı şişirdilmiş məlumatların əks olunduğu saxta sənədlər hazırlayıblar. Bununla da məmurlar 2019-cu ildə 15,7 milyon rubldan çox vəsaiti mənimsəyiblər.

Oxşar xəbərlər

İnquşetiyada DİN əməkdaşlarının avtomobili atəşə tutulub, ölən və yaralananlar var
Rusiyanın energetika nazirinin müavinin cinayət əməllərində ermənilər də iştirak edib
KİV: ABŞ Təhsil Nazirliyinin ləğvi məktəbləri maliyyələşdirmədən məhrum edə bilər
İnquşetiyada seriya terror aktlarının qarşısı alınıb
Azərbaycan Təhsil İnstitutuna direktor müavini və mərkəz direktoru təyin edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər