KİV: ABŞ Təhsil Nazirliyinin ləğvi məktəbləri maliyyələşdirmədən məhrum edə bilər
ABŞ Prezidenti Donald Trampın Təhsil Nazirliyini ləğv etmək planları məktəblərin maliyyələşdirilməsini əhəmiyyətli dərəcədə azalda və dövlət məktəb təhsili sistemini poza bilər.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə “Newsweek” jurnalı məlumat yayıb.
Məlumata görə, nazirliyin ləğvi dövlət maliyyələşdirilməsinin azalmasına səbəb ola bilər. Bu da müəllimlərin maaşlarına və işə qəbuluna təsir edəcək. Bundan əlavə, aztəminatlı ailələrdən olan uşaqların təhsilhaqqının ödənilməsi üçün təhsil müəssisələrinin qrantlardan məhrum edilməsi büdcə kəsiri, işdən çıxarmalar və təhsil proqramlarının azaldılmasına səbəb ola bilər.
Daha əvvəl “The Wall Street Journal” qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, Donald Trampın administrasiyası ABŞ Təhsil Nazirliyinin tam ləğvinə səbəb ola biləcək fərmanın verilməsi imkanını müzakirə edir. Nazirliyin gələcəyi ilə bağlı müzakirələr fonunda qurumun onlarla əməkdaşı inzibati məzuniyyətə göndərilib. Bu addımın səbəbləri hələ ki, izah edilməyib.
Oxşar xəbərlər
Nazirliyin tabeliyindəki kollec və peşə məktəblərinin siyahısında dəyişiklik edilib
“The Wall Street Journal”: Trampın Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq fürsəti var
Əmrullayev rektorlarla görüşdü: Tapşırıqlar verdi
Tramp Ədliyyə Nazirliyinə miqrantları deportasiya etmək səlahiyyəti verib
Trampın keçmiş müşaviri ABŞ-nin KTN rəhbəri ola bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













