İnquşetiyada DİN əməkdaşlarının avtomobili atəşə tutulub, ölən və yaralananlar var
sizinxeber.az xəbər saytı

İnquşetiyada DİN əməkdaşlarının avtomobili atəşə tutulub, ölən və yaralananlar var


Naməlum şəxslər Rusiya Federasiyasının İnquşetiya Respublikası Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə Mərkəzinin (EMM) əməkdaşlarının olduğu avtomobilə atəş açıblar.

“Sizinxeber.az” “Baza” teleqram kanalına istinadən xəbər verir ki, hücum nəticəsində üç hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.

Məlumata görə, atəş açan cinayətkarların hədəfi regionun EMM rəis müavini Adam Xamxoyev olub. O, əvvəllər İnquşetiya Ekstremizmlə Mübarizə Mərkəzinin keçmiş rəhbəri İbrahim Elcarkiyevi əvəz edirdi ki, o da 2019-cu ilin noyabrında Moskvada qətlə yetirilmişdi.

“Polis avtomobilinə hücum zamanı Xamxoyevi qoruyan “E” Mərkəzinin Auşev soyadlı üç əməkdaşı həlak olub”, – kanalın məlumatında deyilir.

Xamxoyevin özü xəsarət almayıb. Bu ona qarşı beşinci sui-qəsd cəhdi olub, əvvəlki ikisində o, yaralanıb. Hüquq-mühafizə orqanları əməkdaşları hücum edənləri axtarırlar.

Qeyd olunub ki, EMM əməkdaşlarına 99-cu model gümüşü rəngli “Lada”dan atəş açılıb, avtomobil Şimali Osetiyanın Mayski qəsəbəsində yandırılmış vəziyyətdə tapılıb. İlkin məlumata görə, hücum edənlər üç nəfər olub. Onlar axtarışa veriliblər.

Oxşar xəbərlər

Rusiya DİN: Dağıstanda terrorçuların hücumu zamanı hüquq-mühafizə orqanlarının 6 əməkdaşı ölüb, 12-si yaralanıb
Ermənistanda polisə atəş açılıb, ölən və yaralanan var
Ukraynanın Konstantinovka şəhəri atəşə tutulub: 10 nəfər ölüb, 35 nəfər yaralanıb
Pakistanla sərhəddə hücum zamanı 3 iranlı sərhədçi həlak olub
Separatçılar rus sülhməramlılara atəş açıb: ölən var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle