“Bosniya qəssabı”nın vaxtından əvvəl azadlığa buraxılması rədd edilib
Cinayət Tribunalları üçün Beynəlxalq Qalıq Mexanizmi Soyqırımı və müharibə cinayətlərinə görə 2017-ci ildə ömürlük həbs cəzasına məhkum edilən Bosniya serbləri ordusunun sabiq komandiri Ratko Mladiçin səhhətinə görə vaxtından əvvəl azadlığa buraxılmasını rədd edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məhkəmə qərarında vurğulanıb ki, tibbi rəylər Mladiçin vaxtından əvvəl azadlığa çıxmasına haqq qazandıra biləcək hər hansı kəskin, sağalmaz xəstəliyi yoxdur.
Xatırladaq ki, Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Tribunalı “Bosniya qəssabı” ləqəbli R.Mladiçi soyqırımda, insanlıq əleyhinə cinayətlərdə, həmçinin müharibə qanunları və ənənələrini pozmaqda təqsirkar bilib və o, ömürlük həbs cəzasına məhkum olunub.
R.Mladiç 1992-1995-ci illərdə Bosniya və Herseqovinada silahlı münaqişə zamanı serb ordusuna rəhbərlik edib. Serb qoşunlarının 1995-ci il iyulun 11-də Bosniya və Herseqovinanın şərqindəki Srebrenitsa şəhərinə daxil olması ilə başlayan soyqırımında bir neçə gün ərzində 8 372 bosniyalı mülki şəxs öldürülüb və onların cəsədləri müxtəlif kütləvi məzarlıqlarda basdırılıb. 2007-ci ildə Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Tribunalı Srebrenitsa və ətrafında baş verənləri soyqırımı kimi qiymətləndirib.
Oxşar xəbərlər
Avroparlamentarilər Bosniya və Herseqovinada müsəlmanların soyqırımını anmaq üçün dinləmələr keçirib
Bosniya və Herseqovinada daşqınlar nəticəsində 14 nəfər ölüb
Bosniya Serb lideri Milorad Dodik üçün beynəlxalq həbs qərarı verib
Bosniya serblərinin lideri xəstəxanaya yerləşdirilib
Bosniya və Herseqovinada məktəbdə atışma olub, üç nəfər öldürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
-
DÇ-2026: ABŞ - Paraqvay oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-26: ABŞ 4 qol vuraraq 3 xalı qazanıb
-
"Reuters": BƏƏ İranın dondurulmuş səhmlərinin bir hissəsini aktivləşdirib
-
Alina Xələfova: "Miniboss Biznes Məktəbi"nin məzunları ailə bizneslərini idarə etməyə hazırdır
-
Bu gün Azərbaycanda “Son zəng”dir
