Tailand Kamboca ilə münaqişədən dəyən zərəri 300 milyon dollardan çox qiymətləndirib
Tailand hökuməti Kamboca ilə sərhəddə 5 gün davam edən silahlı münaqişədən dəyən zərəri ilkin olaraq 10 milyard bat (308 milyon dollar) həcmində qiymətləndirir.
“Sizinxeber.az”un “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Tailandın Baş nazirinin müavini, maliyyə naziri Piçay Çunhavaçira bildirib.
Onun sözlərinə görə, hökumət Tailand-Kamboca sərhədindəki münaqişənin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq 25 milyard bat (770 milyon dollar) ayırmağı planlaşdırır.
Son məlumatlara görə, Kambocanın zərbələri nəticəsində Tailandın sərhəd əyalətlərində azı 28 nəfər həlak olub, 140 nəfər xəsarət alıb və təhlükəli zonalardan təxminən 140 min nəfər təxliyə edilib.
Oxşar xəbərlər
Banqkok Kamboca ilə münaqişənin sülh yolu ilə həllini vacib hesab edir
Tailand-Kamboca sərhədində silahlı toqquşmalarda 15 nəfər ölüb, 46 nəfər yaralanıb
Tailand Kamboca ilə sərhəddə mübahisəli zirvəni nəzarətə götürüb
Kambocanın hücumu nəticəsində Tailandda iki nəfər həlak olub - YENİLƏNİB-3
Tailand Kamboca ilə sərhədi bağlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












