Putin və Netanyahu Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Binyamin Netanyahu Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
“Report” Rusiya prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Putin Netanyahu ilə telefon danışığı zamanı Moskvanın bütün regional münaqişələrin yalnız sülh yolu ilə həllinin tərəfdarı olması ilə bağlı mövqeyini təsdiqləyib.
Rusiya lideri, həmçinin Suriyanın birliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasının, əhalinin bütün etnik və dini qruplarının qanuni hüquq və mənafelərinin təmin edilməsinin vacibliyini vurğulayıb.
İran-İsrail qarşıdurmasının kəskinləşməsi fonunda Putin İranın nüvə proqramı ətrafında diplomatik həll yollarının axtarışına yardım etməyə hazır olduğunu bildirib.
Tərəflər beynəlxalq və ikitərəfli gündəlikdəki aktual məsələlər üzrə dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Putin İran Prezidenti və İsrail Baş naziri ilə telefon danışıqları aparıb
Putin və Netanyahu arasında telefon danışığı baş tutub
Putinlə Orban Ukrayna, Suriya və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Putin Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həllinə hazır olduğunu təsdiqləyib
Putin və Tramp arasında telefon danışığı baş tutub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Alina Xələfova: "Miniboss Biznes Məktəbi"nin məzunları ailə bizneslərini idarə etməyə hazırdır
-
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
-
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
-
DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
-
Ceyhun Bayramov Ben Bləklə TRIPP layihəsinin icrasını müzakirə edib
-
Azərbaycan ilə ABŞ arasında potensial investisiya layihələri dəyərləndirilib
