Putin və Tramp arasında telefon danışığı baş tutub - YENİLƏNİB
Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, liderlər Yaxın Şərqdə gərginləşən vəziyyəti müzakirə ediblər.
"Putin Trampa ötən gün İran Prezidenti və İsrailin Baş naziri ilə apardığı telefon danışıqları barədə məlumat verib.
Putin ABŞ liderinə Rusiyanın İranın nüvə dosyesi ilə bağlı qarşılıqlı məqbul razılaşmalar tapmaq təklifini xatırladıb. Tramp Yaxın Şərqdəki vəziyyəti çox narahatedici qiymətləndirib. Prezidentlər İranın nüvə proqramı üzrə danışıqlar yoluna qayıtmağı istisna etməyiblər.
Putin Trampı ad günü və Amerika Bayrağı Günü münasibətilə təbrik edib.
Söhbət zamanı liderlər aktual məsələlərin həllinə imkan verən mövcud əlaqələrdən məmnunluqlarını ifadə ediblər", - Uşakov qeyd edib.
Putin Trampa bildirib ki, Rusiya iyunun 22-dən sonra Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır.
Prezidentin köməkçisi Putin-Tramp telefon danışığının 50 dəqiqə davam etdiyini söyləyib.
***
20:05
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın prezidenti Donald Trampla telefon danışığı zamanı ölkəsinin İran və İsrail arasında vasitəçilik etməyə hazır olduğunu açıqlayıb.
APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Oxşar xəbərlər
Kreml Putin-Tramp danışığının detallarını açıqlayıb
Kreml Putin-Tramp telefon danışığının bəzi detallarını açıqlayıb
Donald Tramp və Vladimir Putin arasında telefon danışığı baş tutub
Putin və Tramp arasında telefon danışığı başa çatıb
"Washington Post": Tramp Putinlə telefon danışığı aparıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
