Uitkoff Ukraynadakı münaqişənin Trampın səlahiyyət müddəti bitənə qədər həllinə ümid edir
sizinxeber.az xəbər saytı

Uitkoff Ukraynadakı münaqişənin Trampın səlahiyyət müddəti bitənə qədər həllinə ümid edir


ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Donald Trampın prezidentlik müddəti başa çatana qədər Ukraynadakı münaqişənin həllinə və Yaxın Şərqdə sülhün bərqərar olacağına ümid etdiyini bildirib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə diplomat "Fox News"a müsahibəsində danışıb.

Uitkoff qeyd edib ki, onun işində mühüm nəticə Rusiya və Ukrayna arasında münaqişənin həlli və sülh müqaviləsinin imzalanması olacaq.

"Bu baş verməlidir. Prezident haqlıdır: bu müharibə başlamamalı idi. Düşünürəm ki, biz onun sonuna nail ola bilərik və ümid edirəm ki, bu, vacib an olacaq. Əgər biz Rusiya və Ukraynanın problemlərini həll etsək və sülh müqaviləsi bağlasaq, çünki bu, baş verməlidir, “İbrahim razılaşması”nın genişləndirsək, Qəzzada davamlı sülhə nail olsaq, Yaxın Şərqdə uzunmüddətli sülh bərqərar etsək, məncə, əsas nailiyyətlər bunlar olacaq".

Oxşar xəbərlər

ABŞ İrandakı vəziyyətin Ukrayna münaqişəsinin həllinə töhfə verəcəyinə ümid edir
Uitkoff: ABŞ həftəsonuna qədər Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir
Uitkoff: ABŞ Ukrayna və Rusiyanın mövqelərini yaxınlaşdıra bilib
Stiven Uitkoff: İranla danışıqların növbəti raundu mayın 10-11-də baş tuta bilər
ABŞ və Rusiya Ukraynadakı müharibə ilə bağlı görüşlər keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər