Suriyada davam edən silahlı toqquşmalarda 1 265 nəfər həlak olub
sizinxeber.az xəbər saytı

Suriyada davam edən silahlı toqquşmalarda 1 265 nəfər həlak olub


Suriyanın cənubundakı Əs-Suveyda əyalətində iyulun 13-dən bəri davam edən silahlı toqquşmalarda 1265 nəfər həlak olub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Elnashra” xəbər portalı tibbi mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bir gündə həlak olanların sayı 146 nəfər artıb.

Ən böyük itkilər druz yaraqlıları arasında qeydə alınıb – 78 silahlı. Mülki şəxslər arasında isə ölənlərin sayı dəyişməz qalıb - 298.

Sabitliyi bərpa etmək üçün Dəməşqdən cənub bölgələrinə ezam olunmuş Daxili İşlər və Müdafiə Nazirliklərinin xüsusi təyinatlıları 54 hərbçini itirib, onların sıralarında bir sutka ərzində həlak olanların sayı 354-dən 408-ə yüksəlib.

Ərəb qəbilələrinin hökumətyönlü birləşmələrində itkilər 21-dən 35 milisəyə qədər artıb.

Bundan əvvəl İsrailin aviazərbələri nəticəsində Daxili Təhlükəsizlik Qüvvələrinin 19 əməkdaşı həlak olub.

Oxşar xəbərlər

KİV: Suriyada martın 6-dan toqquşmalarda azı 532 mülki şəxs həlak olub
Latakiya və Tartusdakı toqquşmalarda 130-dan çox dinc sakin həlak olub
Suriya druzlarının rəhbərliyi əsir mübadiləsinə hazır olduqlarını elan ediblər
İsrailin hücumları nəticəsində Qəzzada ölənlərin sayı 90 nəfərə çatıb - YENİLƏNİB
Es-Süveydadakı toqquşmalar nəticəsində ölənlərin sayı 718 nəfərə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər