Es-Süveydadakı toqquşmalar nəticəsində ölənlərin sayı 718 nəfərə çatıb
sizinxeber.az xəbər saytı

Es-Süveydadakı toqquşmalar nəticəsində ölənlərin sayı 718 nəfərə çatıb


Suriyada Es-Süveyda vilayətində azı 718 nəfər öldürülüb.

“Sizinxeber.az” “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Monitorinq Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, bazar günündən bəri 146 druz döyüşçüsü və 245 mülki şəxs həlak olub, onlardan 165-i müdafiə və daxili işlər nazirliklərinin əməkdaşları tərəfindən məhkəməsiz edam edilib.

“Eyni zamanda, hökumət qoşunlarının 287 hərbçisi və 18 bədəvi döyüşçüsü həlak olub. 3 bədəvi druz döyüşçüləri tərəfindən məhkəməsiz edam edilib”, - nəşr qeyd edib.

İsrail hava zərbələri nəticəsində hökumət qoşunlarının daha 15 hərbçisi həlak olub.

Oxşar xəbərlər

KİV: Əs-Süveydadakı döyüşlər nəticəsində 250 nəfərə yaxın insan həlak olub
Suriyada yerli tayfalar arasında atışmalar nəticəsində 30-dan çox insan həlak olub
Suriya DİN İsrailin Əs-Suveydaya müdaxiləsini pisləyib
KİV: Son günlərdə Suriyada toqquşmalar zamanı 300-dən çox mülki şəxs həlak olub
Suriya qoşunların yenidən Əs-Süveydada yerləşdirilməsi barədə məlumatları təkzib edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər