ABŞ-də silahlı şəxs kilsədə ibadət edənlərə atəş açıb
ABŞ-nin Kentukki ştatının Leksinqton şəhərindəki Baptist kilsəsində silahlı şəxs insanlara atəş açıb, çox sayda yerli sakin yaralanıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ştatın qubernatoru Endi Beşir “X” sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, Riçmond yolunda naməlum şəxslə patrul polisi əməkdaşları arasında da atışma baş verib. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. Qubernator əlavə edib ki, hücumun təfərrüatları müəyyənləşdirilir və tezliklə məlumat veriləcək.
Öz növbəsində “Lexington Herald-Leader” nəşri xəbər verir ki, bazar günü səhər Kentukki ştatının “Blue Grass” hava limanı yaxınlığında silahlı şəxs polis zabitinə atəş açıb. Daha sonra o, hava limanından 17 mil aralıda yerləşən Baptist kilsəsinə gedib və orada ibadət edənlərə atəş açıb.
Polisin hadisə yerində silahlı şəxsi zərərsizləşdirdiyi bildirilir.
Oxşar xəbərlər
Şri Lankada silahlı şəxs kilsəyə tərəf atəş açıb
Berlinin mərkəzində atışma olub
Banqladeşdə polis nümayişçilərə atəş açıb
Ukraynada naməlum şəxsin açdığı atəş nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb
ABŞ-də supermarketdə atəş açılıb, ölənlər var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












