Şri Lankada silahlı şəxs kilsəyə tərəf atəş açıb
Şri Lankanın şimal-şərqindəki Manampitiya şəhərində silahlı şəxs kilsəyə doğru atəş açıb.
“Sizinxeber.az” “Times of India”ya istinadən xəbər verir ki, atışma aprelin 18-də axşam paytaxt Kolombodan 160 km şimal-şərqdə yerləşən Manampitiyadakı kilsədə baş verib.
Polisin məlumatına görə, atəş nəticəsində pəncərərin şüşəsi sınıb, insan itkisi yoxdur. Şübhəli şəxs saxlanılıb. İlkin məlumata görə, hücumun səbəbi şəxsin pastora qarşı şəxsi düşmənçiliyi olub.
İnsident 2019-cu ildə Pasxa bazar günündə 279 nəfərin, o cümlədən 45 əcnəbinin ölümünə və 500-dən çox insanın yaralanmasına səbəb olan terror hücumların altıncı ildönümü ərəfəsində ölkə daxilində kilsələrdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi fonunda baş verib.
Qeyd edək ki, 6 il əvvəlki hadisələrdən sonra hərbçilər və polis bayram günlərində mütəmadi olaraq dini obyektlərdə patrul çəkir.
Oxşar xəbərlər
Fransada polis kilsədə bıçaqlı kişini güllələyib
Məxfi Xidmətin əməkdaşı Trampın yanında silahlı şəxsi güllələyib
Məxfi Xidmətin əməkdaşı Trampın yaxınlığında silahlı şəxsi güllələyib
Texasda kilsədə atəş açılıb, ölən və yaralananlar var
Monteneqroda atışma nəticəsində 12 nəfər həlak olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












