Vyetnam Azərbaycanın Müdafiə Nazirliyinə rəsmi dəvət göndərib
sizinxeber.az xəbər saytı

Vyetnam Azərbaycanın Müdafiə Nazirliyinə rəsmi dəvət göndərib


Vyetnam Milli Müdafiə Nazirliyi Azərbaycanın Müdafiə Nazirliyinə Avqust inqilabının və 2 sentyabr - Milli Gününün 80 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün dəvət göndərib.

"Report"un Vyetnam İnformasiya Agentliyinə istinadən məlumatına görə, bu barədə müdafiə nazirinin müavini general-polkovnik Hoang Xuan Çien bayram tədbirlərinin hazırlanmasına dair iclasda bildirib.

Onun sözlərinə görə, analoji dəvətlər həmçinin Rusiya, Çin, Laos, Kamboca, Kuba, Belarus və Qazaxıstana göndərilib.

"Bu günə qədər Kuba artıq dəvətə rəsmi cavab verib və Kuba İnqilabi Silahlı Qüvvələrinin naziri Alvaro Lopez Myeranın Hanoyda təntənəli mərasimdə iştirak edəcəyini bildirib", - deyə nazir müavini qeyd edib.

Oxşar xəbərlər

Uşakov: Moskvada qələbə paradında 30-a yaxın ölkənin liderlərinin iştirakı gözlənilir
Çin və Vyetnam əlaqələri gücləndirmək barədə razılığa gəlib
Kuba Müdafiə Nazirliyi: ABŞ Quantanamonu geri qaytarmalıdır
Moskvada Qələbə paradında 29 xarici ölkə lideri iştirak edəcək
Vyetnam BRICS-ə tərəfdaş ölkə statusu ilə qoşulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər