İrlandiya ilə diaspor əlaqələrinin gücləndirilməsi müzakirə olunub
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İrlandiyaya səfəri çərçivəsində bir sıra rəsmilərlə görüşlər keçirib.
Bu barədə "Report"a komitədən məlumat verilib.
Bildirilib ki, İrlandiya Xarici İşlər Nazirliyində Xaricdə Yaşayan İrlandlılarla İş Departamentinin direktoru Karl Qardner ilə keçirilən görüşdə iki ölkə arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin tarixi müzakirə olunub, bu əlaqələrin daha da inkişafında diasporun roluna xüsusi diqqət yetirilib.
Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasətinin dünya azərbaycanlılarının həmrəyliyini möhkəmləndirməklə yanaşı, müasir Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasına da əvəzsiz töhfələr verdiyini vurğulayıb.
K. Qardner xüsusilə xaricdəki Azərbaycan Evləri və bu evlərin nəzdindəki həftəsonu Azərbaycan məktəblərinin təcrübəsinin öyrənilməsinin vacibliyinə diqqət çəkib.
Daha sonra İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni Makkormakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş baş tutub və diaspor sahəsində ortaq layihələrin həyata keçirilməsi imkanları, eləcə də strateji əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti müzakirə olunub.
Qeyd edilib ki, Azərbaycan icmasının İrlandiyada fəaliyyəti və ölkəmizə dost münasibəti bəsləyən irlandlılarla qurulan güclü əlaqələr daim diqqət mərkəzində saxlanılır.
T. Makkormak isə ikitərəfli görüşlərin əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyini və bu prosesdə diasporun mühüm rol oynadığını qeyd edib.
İrlandiya ilə diaspor əlaqələrinin gücləndirilməsi müzakirə olunub
— Azerbaijani Diaspora (@DiasporaAz) May 24, 2026
Dünyada qabaqcıl təcrübələri ilə tanınan İrlandiya diasporunun qazandığı uğurlar və tətbiq etdiyi innovativ yanaşmalar digər ölkələrin diaspor qurumları üçün geniş təcrübə mübadiləsi imkanları yaradır, ölkənin… pic.twitter.com/G1M8ZYtOKA
Oxşar xəbərlər
Fuad Muradov: "Diaspor təşkilatları "Yaşıl dünya" naminə 50-dən çox tədbir keçirib"
Fuad Muradov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
Azərbaycanla Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb
Bu ilin sentyabrında xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçiriləcək
Fuad Muradov: Xarici ölkələrdə Azərbaycan evlərinin açılması üçün çoxsaylı müraciətlər var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi istehlak xərclərinin 77 %-ini formalaşdırıb
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Bakıda “Hyundai” markalı minik avtomobili yanıb
