Yaponiyada naməlum şəxs barda iki qadını bıçaqlayıb
sizinxeber.az xəbər saytı

Yaponiyada naməlum şəxs barda iki qadını bıçaqlayıb


Yaponiyanın Sidzuoki prefekturasının Hamamasu şəhərində naməlum şəxs barın iki qadın əməkdaşını bıçaqlayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə "NHK" telekanalı məlumat yayıb.

Hər iki qadın xəstəxanaya aparılıb, həkimlər onların öldüyünü bildiriblər.

Polis hücumla bağlı şübhəli şəxs qismində barda çalışan 41 yaşlı İçyro Yamasitunu həbs edib. O, əməlini etiraf edib. Lakin qatilin hərəkətinin motivi hələlik açıqlanmayıb.

Oxşar xəbərlər

Sumqayıtda naməlum şəxs iki nəfəri bıçaqlayıb
Sumqayıtda iki nəfərə xəsarət yetirmiş şəxs saxlanılıb – YENİLƏNİB
İstanbulda polisə hücum olub, üç nəfər yaralanıb
Sumqayıtda naməlum şəxs vətəndaşların bank kartlarından 2 min 750 manat oğurlayıb
Sumqayıtda qadın ərini bıçaqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər