CAR-da qanunsuz miqrantların məskunlaşdığı ərazidə güclü partlayış olub
sizinxeber.az xəbər saytı

CAR-da qanunsuz miqrantların məskunlaşdığı ərazidə güclü partlayış olub


Cənubi Afrika Respublikasının Yohannesburq yaxınlığındakı Slovo Parkının qanunsuz yaşayış məntəqəsində baş verən güclü partlayış yanğına səbəb olub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə yerli EWN radiostansiyası məlumat yayıb.

Bildirilib ki, hadisəyə səbəb qeyri-qanuni faydalı qazıntılarla məşğul olan şəxslərin birinin evində saxladığı partlayıcı maddələr olub. Partlayışda azı üç nəfər yaralanıb, 100-dən çox ailənin evi dağılıb. Hadisə yerində polis işləyir.

CAR-da qeyri-qanuni yaşayış məntəqələri əsasən digər Afrika ölkələrindən gələn miqrantlar tərəfindən tikilir. BMT ekspertlərinin hesablamalarına görə, hazırda bu ölkədə üç milyona yaxın qanunsuz miqrant var. Onların bir çoxu tərk edilmiş mədənlərdə qızıl və platin hasilatı ilə məşğuldur. Ölkədə istismardan çıxarılan və ya sahibləri tərəfindən tərk edilmiş 3 000-dən çox mədən var.

Oxşar xəbərlər

Türkiyədə yük maşınının ot bağlamalarının arasında 31 qanunsuz miqrant aşkarlanıb
Britaniya qanunsuz miqrantların sayına görə Avropada birinci yerdədir
Nübar qəsəbəsində partlayış olub, 5 nəfər yaralanıb
Sumqayıtda yaşayış binasında partlayış olub, yaralananlar var
Yunanıstan adaları yaxınlığında 600-dən çox qeyri-qanuni miqrant xilas edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər