

Yunanıstan adaları yaxınlığında 600-dən çox qeyri-qanuni miqrant xilas edilib
Yunanıstan sahil mühafizəsi son günlər Aralıq dənizində ölkənin Rodos, Qavdos və Krit adaları yaxınlığında qayıqlarda olan 600-dən çox qeyri-qanuni miqrantı xilas edib.
“Report” xəbər verir ki, bu barədə Afina Makedoniya İnformasiya Agentliyi məlumat yayıb.
Qeyri-qanuni şəxslərin dediyinə görə, onlar Türkiyənin Fethiye bölgəsindən yaxta ilə gəliblər və hər biri 5500 avro pul ödəyib.
Sahil mühafizəsi həmçinin mayın 23-dən 25-dək Qavdos adasının sularında 446 nəfəri və Kritin Heraklionun cənubundakı çimərliklərdə daha 104 nəfəri xilas edib. Gələnlərin böyük əksəriyyəti kişilər, iki qadın və 18 azyaşlı olub.
Miqrantlar arasında insan qaçaqmalçılığı ilə məşğul olan 5 nəfər müəyyən edilərək həbs edilib. Kritə gələn miqrantların əksəriyyəti sudanlı olsa da, misirlilər və liviyalılar da var olub. Sahil təhlükəsizlik mənbələrinin məlumatına görə, bütün qayıqlar Liviya sahillərindən yola düşüb.
Oxşar xəbərlər
Tunis sahillərində 2,6 mindən çox miqrant xilas edilib
Türkiyə sahillərində onlarla qanunsuz miqrant xilas edilib
Seneqal sahillərində 200-dən çox miqrantı daşıyan qayıq saxlanılıb
İtaliya sahillərində 20-dən çox miqrant itkin düşüb
Kanar adaları yaxınlığında miqrantların olduğu qayıq batıb, ölənlər var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
