HƏMAS İsraillə atəşkəs təklifinə müsbət cavab verib
Fələstin radikal hərəkatı HƏMAS vasitəçilərə İsraillə atəşkəs təklifinə müsbət cavab verib.
"Report"un məlumatına görə, bu barədə İsrailin "Ynet" xəbər portalı məlumat yayıb.
Portalın məlumatına görə, hərəkatın qərarı barədə növbəti saatlarda elan ediləcək.
Daha əvvəl HƏMAS öz telegram kanalında bildirmişdi ki, hərəkat İsraillə Qəzza zolağında atəşkəs barədə vasitəçilər vasitəsilə aparılan dolayı danışıqlarda aldığı təklifləri nəzərdən keçirir. HƏMAS müzakirə olunan təşəbbüslərin nədən ibarət olduğunu açıqlamayıb.
Bununla yanaşı, yaraqlılar israr edirlər ki, potensial razılaşma "Qəzzada atəşkəsin təminatını, İsrail qoşunlarının oradan çıxarılmasını və anklavа humanitar yardımın gətirilməsini" özündə ehtiva etməlidir.
Oxşar xəbərlər
HƏMAS atəşkəs danışıqlarına başlamağa hazırdır
“HƏMAS” vasitəçilərə azad edəcəyi israilli girovların siyahısını verib
HƏMAS İsraillə şərti razılığa gəlib, girovlar azad edilə bilər
HƏMAS: İsrail yeni şərtlər irəli sürməsə, Qəzza razılaşması mümkündür
İsraillə “HƏMAS” arasında danışıqlar bərpa olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













