AEBA: İranın nüvə obyektləri ABŞ-nin zərbələrindən ciddi ziyan çəkib
sizinxeber.az xəbər saytı

AEBA: İranın nüvə obyektləri ABŞ-nin zərbələrindən ciddi ziyan çəkib


Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) hesab edir ki, ABŞ-nin zərbələri nəticəsində İranın nüvə obyektlərinə ciddi ziyan dəyib.

"Sizinxeber.az"un xəbərinə görə, bu barədə təşkilatın baş direktoru Rafael Qrossi "Fox News" telekanalının efirində bildirib.

"Biz üç sahədə çox əhəmiyyətli dərəcədə zərər görürük. İlk olaraq Natanz vuruldu və uranın zənginləşdirilməsinin aparıldığı çox vacib zallardan birinə çox, çox ciddi ziyan dəydi. Hətta onun yeraltı hissəsi də əvvəlcə dolayı, sonra isə birbaşa zədələnib", - o qeyd edib.

"Bu, müxtəlif işlərin aparıldığı bir çox binaları özündə cəmləşdirən kompleksdir. Amma oraya da çox ciddi ziyan dəyib", - İsfahandakı obyekt haqqında danışan Qrossi vurğulayıb.

AEBA-nın baş direktorunun sözlərinə görə, İranın Fordodakı obyekti daha ​​yaxşı möhkəmləndirilmişdi.

"Biz dərinə nüfuz edən sursatların ciddi ziyan vurduğunu gördük. Baxmayaraq ki, orada heç kim olmayıb və bunu görməyib", - o əlavə edib. "Nəticə, əlbəttə zərər çox və çox əhəmiyyətli olmalıdır", - AEBA-nın baş direktoru hər üç obyekt haqqında danışaraq fikirlərini yekunlaşdırıb.

Oxşar xəbərlər

İsrailin zərbələri nəticəsində İranın İsfahan və Natanz nüvə obyektlərinə ciddi ziyan dəyib
Qrossi: İranın nüvə obyektləri İsrailin zərbəsi nəticəsində zərər görməyib
Qrossi sabah AEBA-nın İranla bağlı təcili iclasını çağırıb
Qrossi İranı AEBA ilə əməkdaşlığa çağırıb
Qrossi: Müfəttişlərin İranın nüvə obyektlərinə çıxışı tez bərpa edilməlidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər