Spiker Conson: İran ABŞ-nin nüvə proqramı ilə bağlı təkliflərini rədd edib
sizinxeber.az xəbər saytı

Spiker Conson: İran ABŞ-nin nüvə proqramı ilə bağlı təkliflərini rədd edib


Tehran Vaşinqtonun İran nüvə proqramı ilə bağlı təkliflərini rədd edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Maykl Conson (Luiziana ştatından respublikaçı) sosial şəbəkədə yazıb.

“İranda hərbi əməliyyat düşmənlərimizə və müttəfiqlərimizə ABŞ Prezidenti Donald Trampın sözləri ilə əməllərinin üst-üstə düşdüyünü aydın şəkildə xatırlatmalıdır. Prezident İran liderinə sazişin bağlanması üçün bütün imkanları verib, lakin İran nüvə silahlarından imtina sazişinə razı olmayıb”, – o qeyd edib.

Consonun fikrincə, Amerika zərbələri İranın “planetdəki ən öldürücü silahı” əldə etməsini qabaqlamağa yönəlib.

“Prezident Tramp ardıcıl və aydın şəkildə bəyan edirdi ki, İranın nüvə silahına sahib olmasına dözməyəcək”, – spiker əlavə edib.

Xatırladaq ki, daha əvvəl Tramp İranın Fordo, Nətənz və İsfahandakı nüvə obyektlərinə uğurlu zərbələr endirildiyini açıqlamışdı.

Daha sonra Qum ostanının administrasiyası “Fordo nüvə obyektinin ərazisinin” hücuma məruz qaldığını etiraf etmişdi.

BMT Baş katibi Antoniu Quterriş zərbələri “beynəlxalq sülh və təhlükəsizliyə təhdid” adlandırmışdı.

Oxşar xəbərlər

İran Fordo nüvə obyektinin hücuma məruz qaldığını təsdiqləyib
Tramp İranın nüvə obyektlərinə zərbələrdən sonra xalqa müraciət edəcək
Tramp İranın nüvə obyektlərinə zərbələrdən sonra xalq müraciət edəcək
Tramp: İranın nüvə silahı varsa, heç bir sülh ola bilməz
Parlament sədrinin müşaviri: Fordo nüvə obyekti zərbədən əvvəl təxliyə edilmişdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər