sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Qrossi: AEBA yoxlama sistemi vasitəsilə İranın nüvə silahına sahib olmayacağına zəmanət verə bilər
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) etibarlı yoxlama sistemi vasitəsilə İranda nüvə silahının hazırlanmayacağına zəmanət verə bilər.
"Sizinxeber.az" TASS-a istinadən xəbər verir ki, bunu AEBA-nın rəhbəri Rafael Qrossi İran və İsrail arasında gərginliyin artması ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasında bildirib.
"Lazımi siyasi iradə olduqda diplomatik həll mümkündür. Sazişin elementləri müzakirə olunub və AEBA etibarlı yoxlama sistemi vasitəsilə İranda nüvə silahının hazırlanmayacağına zəmanət verə bilər. Bu, Yaxın Şərqdə sülh gətirəcək və nüvə böhranının qarşısını alacaq uzunmüddətli sazişin əsası ola bilər", - o vurğulayıb.
Oxşar xəbərlər
Qrossi: ABŞ və İran arasında nüvə sazişi Yaxın Şərqdə sülhə kömək edəcək
Qrossi İranı AEBA ilə əməkdaşlığa çağırıb
İran bəzi nüvə obyektlərində AEBA-nın monitorinqini dayandıra bilər
AEBA-nın baş direktoru İrana gedəcək
Qrossi: Nətənzdəki nüvə obyektlərinin daxilində radioloji çirklənmə aşkar edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













