Tramp: İran rəsmiləri nüvə sazişi bağlamaq üçün zəng edir
sizinxeber.az xəbər saytı

Tramp: İran rəsmiləri nüvə sazişi bağlamaq üçün zəng edir


İran hökumətinin nümayəndələri Tehranın nüvə proqramı ilə bağlı saziş bağlamaq istəyi ilə zəng edirlər.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “NBC News” kanalının efirində bildirib.

“İran saziş bağlamaq şansını qaçırdı. İndi, ola bilsin, onların başqa fürsəti ola bilər. Baxacağıq”, - o deyib.

İranın niyə indi, İsrailin hücumlarından sonra saziş bağlamaq istəməsi ilə bağlı sualın cavabında o vurğulayıb ki, İran hökumət nümayəndələri artıq ona bu cür təkliflərlə müraciət edirlər.

“Onlar mənə zəng edirlər, saziş haqqında danışmağa çağırırlar”, - Tramp söyləyib.

Oxşar xəbərlər

Tramp: ABŞ və İran nüvə proqramı ilə bağlı sazişin bağlanmasına yaxındır
KİV: Tramp telefon nömrəsini Zelenskiyə verib
İran ABŞ və İsraili indikindən yüz dəfələrlə çox nüvə mərkəzi inşa etməklə hədələyib
Tramp: İran nüvə sazişi şansından istifadə etmədi
ABŞ – İran altıncı danışıqlar raundu baş tutmaya bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər