UEFA-nın dəstəyi ilə AFFA tərəfindən həkimlər üçün seminar keçirilib
sizinxeber.az xəbər saytı

UEFA-nın dəstəyi ilə AFFA tərəfindən həkimlər üçün seminar keçirilib


UEFA-nın dəstəyi ilə AFFA tərəfindən Azərbaycan milli komandaları, Misli Premyer Liqası və I Liqa klublarının həkimləri üçün "Futbolda zədələr və onların müalicə metodları" adlı seminar təşkil olunub.

Bu barədə "Sizinxeber.az"a AFFA-dan məlumat verilib.

AFFA-nın inzibati binasında baş tutan seminara Azərbaycan milli komandalarının baş həkimi Vyaçeslav Xomenko rəhbərlik edib. Həmçinin U-21-in həkimi Olcay Bayramov, futzal üzrə Azərbaycan millisinin həkimi Fuad Səfərov və qadınlardan ibarət yığmanın həkimi Lalə İbrahimova da çıxış ediblər.

Məqsəd komandalarda çalışan tibbi heyətin biliyini daha da təkmilləşdirmək, futbolda tez-tez baş verən zədələr və bunun UEFA standartlarına uyğun həlli yolları ilə həkimləri tanış etmək olub.

Oxşar xəbərlər

Azərbaycan klublarının tibbi heyəti üçün seminar təşkil olunub
AFFA Premyer Liqa hakimləri üçün seminar keçirib
AFFA rəsmiləri UEFA-nın seminarına qatılıb
AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edirlər
AFFA-nın əməkdaşı UEFA-nın seminarında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər