İran ABŞ və İsraili indikindən yüz dəfələrlə çox nüvə mərkəzi inşa etməklə hədələyib
ABŞ və İsrail İrana hücum etməyə cəsarət etsə, Tehran indikindən yüz dəfələrlə çox nüvə obyekti inşa edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Buşehr vilayətinə səfəri zamanı bildirib.
"ABŞ və İsrail bizim nüvə mərkəzlərimizə zərbə endirməklə hədələyir. Onlar binalara zərbə endirə bilər, lakin onları inşa edən "beyinləri" vura bilməzlər. Qoy yüz mərkəzə zərbə endirsinlər, minlərlə eyni mərkəz yenidən tikiləcək", - İran prezidenti qeyd edib.
Daha əvvəl “The Wall Street Journal” qəzeti xəbər vermişdi ki, ABŞ kəşfiyyat agentliklərinin məlumatına görə, İsrail Tehranın zəifləməsindən istifadə etməyə çalışaraq 2025-ci ildə İranın nüvə obyektlərinə genişmiqyaslı zərbələr endirmək imkanını nəzərdən keçirir.
ABŞ Prezidenti Donald Tramp fevralın 10-da bəyan edib ki, İranı nüvə silahı hazırlamaqdan ya bombalar vasitəsilə, ya da müqavilə imzalamaqla dayandırmaq olar. Amerika lideri əlavə edib ki, İslam Respublikası ilə hərbi zərbələrə əl atmadan saziş bağlamaq olar.
Oxşar xəbərlər
WSJ: İsrail 2025-ci ildə İranın nüvə obyektlərinə zərbələr endirə bilər
KİV: İsrail İranın nüvə obyektlərinə hücumlardan çəkinəcək
Pezeşkian: ABŞ İsraili İrana hücum etməyə təhrik edir
Bayden İsrailin İranın nüvə obyektlərinə zərbələrini dəstəkləməyib
KİV: İsrail İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
