Zelenski “IRIS-T” HHM sistemlərinin Ukraynaya tədarükünü elan edib
sizinxeber.az xəbər saytı

Zelenski “IRIS-T” HHM sistemlərinin Ukraynaya tədarükünü elan edib


Ukrayna Almaniyadan tədarük planı 3 ilə hesablanan yeni “IRIS-T” hava hücumundan müdafiə (HHM) sistemləri alacaq.

“Report” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın müdafiə naziri Boris Pistorius ilə keçirdiyi brifinqdə bildirib.

“İndi tədarük planını başa düşürük. Mən bütün təfərrüatlardan deyil, qarşıdakı üç il üçün plandan danışacağam. Bu, istənilən halda, bizim üçün çox vacib yardımdır”, – o deyib.

Zelenski vurğulayıb ki, bu, müharibənin daha üç il davam edəcəyi anlamına gəlmir. Onun sözlərinə görə, Ukrayna müharibənin bitməsini istəyir, lakin eyni zamanda insanların əmin-amanlığı yüksək keyfiyyətli HHM sistemləri ilə qorunmalıdır.

“Təşəkkür edirəm ki, bu layihənin növbəti üç il ərzində həyata keçirilməsi ilə bağlı anlayış var”, - Ukrayna Prezidenti əlavə edib.

Öz növbəsində, Pistorius Kiyevdə Zelenski ilə görüşdən sonra vurğulayıb ki, Berlin “Taurus” qanadlı raketlərinin Ukraynaya ötürülməsini nəzərdən keçirmir.

Xatırladaq ki, Almaniya artıq Ukraynanı özünün “IRIS-T” HHM sistemləri ilə təmin edir. Onlar Rusiyanın kütləvi zərbələri zamanı Ukrayna səmasını effektiv şəkildə qorumağa kömək edir. Mayın 28-də iki ölkə arasında “IRIS-T” və onlar üçün raketlərin istehsalı üçün 2,2 milyard avroluq müqavilə imzalanıb.

Oxşar xəbərlər

Pistorius: Almaniya Kiyevə əlavə 1,9 milyard avro ayırmağı planlaşdırır
Ukrayna HHM sistemlərinin istehsalı üçün Qərbdən lisenziyalar alacaq
Zelenski: Ukrayna ABŞ-dən 50 milyard dollarlıq silah almaq istəyir
Zelenski: ABŞ Baydenin Ukraynaya vəd etdiyi 20 min raketi Yaxın Şərqə göndərib
Pistorius Aİ-nin Ukrayna danışıqlarından kənar qalmasına münasibət bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər