Azərbaycan Prezidentinin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Türkiyə mediasının diqqət mərkəzindədir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
iy
2026
21:35
ff

Azərbaycan Prezidentinin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Türkiyə mediasının diqqət mərkəzindədir

13 iy, 2026
21:35
401

Azərbaycan Prezidentinin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Türkiyə mediasının diqqət mərkəzindədir

Türkiyənin aparıcı xəbər agentlikləri, televiziya kanalları, çap mediası və xəbər saytları Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunun açılışındakı çıxışını geniş şəkildə işıqlandırıb.

Sizinxeber.Az AZƏRTAC-a istinadən xəbər verir ki, qardaş ölkənin media orqanları çoxmilyonlu auditoriyanı Azərbaycan liderinin əhatə etdiyi geniş mövzular spektri, o cümlədən Azərbaycan-Türkiyə münasibətləri, Cənubi Qafqazdakı proseslər, nəqliyyat layihələri və digər mövzular barədə məlumatlandırıblar.

Prezident İlham Əliyevin Bakı ilə Ankara arasında beynəlxalq müstəvidə nümunəvi səviyyəyə yüksəlmiş münasibətlərin möhkəmliyi ilə bağlı fikirlərinə xüsusi diqqət yetirilib.

Media orqanlarının əksəriyyəti dövlətimizin başçısının Türkiyə və Azərbaycan xalqlarının yaxınlığına dair qiymətləndirmələrini başlıqlara çıxarıb.

Məqalələrdə Azərbaycan liderinin çıxışından çoxsaylı fikirlər yer alıb.

Prezident İlham Əliyevin Ankara ilə Bakı arasındakı müttəfiqlik münasibətlərinin əhəmiyyəti, Şuşa Bəyannaməsinin rolu, Orta Dəhlizin artan əhəmiyyəti və dezinformasiya axınına qarşı fəal şəkildə mübarizə aparmaq zərurəti barədə fikirləri sitat gətirilir.

Dünyanın onlarla xəbər agentliyinin və digər media qurumlarının nümayəndələrinin qatıldığı IV Şuşa Qlobal Media Forumunun uğurlu təşkilinə xüsusi diqqət yetirilir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul