İranın bəzi ərazilərində partlayış səsləri eşidilir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
iy
2026
02:22
ff

İranın bəzi ərazilərində partlayış səsləri eşidilir

13 iy, 2026
02:22
377

İranın bəzi ərazilərində partlayış səsləri eşidilir

İranın Sirik şəhərinin kəndlərindən birinin ətrafında bir neçə partlayış səsi eşidilib.

"Sizinxeber.Az" IRIB-yə istinadən xəbər verir ki, Sirikdə rabitə qülləsinə hücum baş verib.

"Həmin qüllə əvvəllər də atəşə tutulub", - məlumatda bildirilib.

Qeyd olunub ki, hazırda Bəndər Abbas limanının qərb hissəsi də hücuma məruz qalıb:

"Cask rayonunda üç partlayış səsi eşidilib. Qeşm adası ərazisində də eyni vəziyyətdir".

Dağıntı və insan tələfatı barədə məlumat açıqlanmayıb.

Xatırladaq ki, ABŞ Silahlı Qüvvələri bazar ertəsinə keçən gecə İran ərazisindəki hədəflərə yeni zərbələr seriyası endirməyə başlayıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul