Oman və İran XİN başçıları Hörmüz boğazında sərbəst gəmiçiliyi müzakirə edib
sizinxeber.az xəbər saytı

Oman və İran XİN başçıları Hörmüz boğazında sərbəst gəmiçiliyi müzakirə edib


Omanın xarici işlər naziri Bədr bin Həməd bin Həmud əl-Busaidi və İranın xarici işlər naziri Abbas Əraqçi telefon danışığı zamanı regional eskalasiyanı və Hörmüz boğazında gəmiçilik azadlığının təmin olunmasını müzakirə ediblər.

Sizinxeber.az xəbər verir ki, bu barədə Oman Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Tərəflər hərbi eskalasiyanın dayandırılmasının və bütün tərəflərin maraqlarını nəzərə alan sülh yönümlü siyasi həll yollarının hazırlanmasının zəruriliyini vurğulayıblar”, - deyə açıqlamada bildirilib.

Nazirlər həmçinin Hörmüz boğazı vasitəsilə kommersiya gəmilərinin və enerji daşıyıcılarının maneəsiz hərəkətinin təmin olunmasının vacibliyini qeyd ediblər.

Oxşar xəbərlər

Oman və İran Hörmüzdə sərbəst gəmiçiliyə sadiqdir
Əl-Busaidi: Oman Hörmüz boğazında gəmiçiliyin təhlükəsiz qalmasına çalışır
Araqçi İranın mövqeyini ABŞ-a çatdırmaq üçün Oman tərəfinə təqdim edib
Bədr əl-Busaidi: Oman Hörmüz boğazında gəmiçiliyin təmin edilməsi üzərində işləyir
Lavrov Əraqçiyə İran-ABŞ atəşkəsinin qorunmasının vacibliyini bildirib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər