Ukrayna və ABŞ arasında mineral resurslarla bağlı sazişin mübahisəli müddəası razılaşdırılıb
Ukrayna və ABŞ arasında mineral resurslar üzrə hazırlanan razılaşmada, sənəd imzalanmazdan əvvəl göstərilən Amerika yardımlarının nəzərə alınmaması barədə razılıq əldə edilib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıhal "Telegram" kanalında məlumat yayıb.
Şmıhalın sözlərinə görə, o, bu məsələni ABŞ maliyyə naziri Skott Bessentlə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun 2025-ci il Bahar Toplantıları çərçivəsində müzakirə edib.
Baş nazir qeyd edib ki, razılaşma üzərində hüquq komandaları işləyir və artıq ciddi irəliləyiş əldə olunub:
"Əsas odur ki, öz qırmızı xətlərimizi dəqiqləşdirdik. Razılaşma həm Avropa öhdəliklərinə uyğun olmalı, həm də Ukraynanın Konstitusiyasına və qanunvericiliyinə zidd olmamalıdır. Sənəd parlament tərəfindən ratifikasiya olunmalıdır. Əldə edilən razılaşmaya əsasən, sənədə imzadan əvvəl verilən yardım daxil edilməyəcək."
Oxşar xəbərlər
Sibiqa: Ukrayna yeraltı minerallarla bağlı ABŞ ilə razılaşmaya dair öz mövqeyini hazırlayıb
Vaşinqton-Kiyev memorandumu Ukraynanın bərpası üçün investisiya fondunun yaradılmasını nəzərdə tutur
Zelenski: Ukrayna və ABŞ mineral ehtiyatlarına dair saziş üzərində işləməyə davam edəcək
KİV: Zelenski Ukraynanın mineral ehtiyatlarının 50 faizini ABŞ-yə verməyib
ABŞ-ın Ukraynaya təklif etdiyi sazişin son versiyasının detalları məlum olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













