Slovakiyanın Baş naziri: Mayın 9-da Moskvaya gedəcəyəm – heç kim mənə əmr verə bilməz
Slovakiyanın Baş naziri Robert Fitso bəyan edib ki, Avropa İttifaqının diplomatik xidmət rəhbəri Kaya Kallasın xəbərdarlıqlarına baxmayaraq, 9 may – Qələbə Gününün 80 illiyi münasibətilə Moskvada keçiriləcək mərasimlərdə iştirak edəcək.
Sizinxeber.az xəbər verir ki, bu barədə Fitso öz "Faceebok" hesabında yazıb.
“Xanım Kallasın xəbərdarlığı və hədəsi hörmətsizlikdir və mən buna etiraz edirəm”, – deyə Fitso öz bəyanatında bildirib. “Mən 9 mayda Moskvaya gedəcəyəm. Bu xəbərdarlıq şantajdır, yoxsa qayıtdıqdan sonra cəzalandırılacağımın anonsudur? Bilmirəm. Amma bir şeyi bilirəm – hazırda 2025-ci ildir, 1939-cu il yox”.
Fitso bildirib ki, Kallasın bəyanatı Aİ-də demokratiyanın mahiyyəti ilə bağlı ciddi müzakirələrin zəruriliyini göstərir:
“Xanım Kallas, sizə bildirmək istərdim ki, mən Slovakiyanın – suveren bir dövlətin qanuni baş naziriyəm. Heç kim mənə haraya gedə biləcəyimi və ya bilməyəcəyimi əmr edə bilməz”.
Baş nazir əlavə edib ki, Moskvaya getməkdə məqsədi Slovakiyanı azad edərkən həlak olmuş minlərlə Qızıl Ordu əsgərinin xatirəsini ehtiramla yad etməkdir.
Oxşar xəbərlər
Vladimir Putin Slovakiyanın Baş naziri Robert Fitso ilə danışıqlar aparır
Von der Leyenlə Slovakiya Baş naziri arasında telefon danışığı olub
Vladimir Putin Slovakiyanın Baş naziri Robert Fitso ilə danışıqlar aparıb - YENİLƏNİB
Fitso və Orban qaz kəmərlərinin mühafizəsini müzakirə edəcəklər
Çin lideri Pekində Robert Fitso ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













