

Estoniya Macarıstanın Aİ-də səsvermə hüququndan məhrum olunmasını təklif edib
“Macarıstan iyun ayında Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının müddətinin uzadılmasına maneə yaratsa, biz rəsmi Moskvanın 240 milyard avro həcmindəki dondurulmuş aktivlərini özünə qaytarmalı olacağıq”.
Sizinxeber.az “Der Spiegel” jurnalının saytına istinadən məlumatına görə, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxna NATO üzvü olan ölkələrin baş diplomatlarının Brüssel görüşü çərçivəsində jurnalistlərə deyib.
O, bu problemin qarşısını almaq üçün Macarıstanın Avropa İttifaqındakı (Aİ) səsvermə hüququndan məhrum edilməsini təklif edib:
“Gəlin, açıq danışaq. Həm biz, həm də Macarıstan bir ölkə olaraq Rusiya Prezidenti Vladimir Putinin qaydalarına uyğun oynayırıq. Avropa İttifaqı haqqında Razılaşmanın 7-ci bəndində göstərilir ki, quruma üzv olduğu halda Aİ-nin təhlükəsizliyinə təhdid yaradan hərəkətlərə yol verən ölkənin səsvermə hüququ geri alınmalıdır. Rəsmi Budapeşt hazırda məhz bununla məşğuldur. Mənim fikrimcə, bu qərarın verilməsinin vaxtı yaxınlaşmaqdadır”.
Oxşar xəbərlər
Aİ Rusiyaya qarşı sanksiyaları uzadıb
Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb
Borrell: Orban Gürcüstana səfərində Aİ-ni təmsil etmir
Macarıstan Aİ-nin Ukraynaya silah üçün 6,5 milyard avro ayırmasına veto qoyub
Rusiya XİN: NATO qüvvələrinin Ukraynada peyda olması bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
18 yaşadək voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
