KİV: 10 min Ukrayna əsgəri Kurskda mühasirəyə düşə bilər
Rusiyanın Ukraynanın müdafiə xətlərini yararaq Kursk vilayətində irəliləməsindən sonra 10 min Ukrayna əsgəri mühasirəyə düşmə riski ilə üzləşib.
APA xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Rusiya qüvvələri cümə günü Ukraynanın 11 kilometr (təxminən yeddi mil) daxilindəki Sudja şəhərinə doğru irəliləyərək, şimaldan Ukraynanın Sumı vilayətinə daxil olub.
Qəzetə danışan hərbçi Ukraynanın daha çox itki verməmək üçün Kurskdan geri çəkilməyi düşündüyünü bildirib. "Biz itkilərdən qaçmağa çalışırıq, mühasirəyə düşmək qorxusu gerçəkdir," -deyə o, qeyd edib.
Qeyd edilib ki, Rusların əsas yolda irəliləyişi, ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşılmasını dayandırdığı bir vaxtda baş verib.
Oxşar xəbərlər
Rusiya MN: Ukraynanın Kursk vilayətində əks hücumu dəf edilib
Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirib
Rusiya Ukrayna qoşunlarının Kursk vilayətində indiyə qədər verdiyi itkiləri açıqlayıb
Rusiya MN: Ukrayna Kursk vilayətinə 11 tank və 300 hərbçi ilə hücum edib
Rusiya qoşunları Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












